Göygöldə də torpaq sürüşməsi baş verdi
30 aprel 2010 19:00 (UTC +04:00)

Göygöldə də torpaq sürüşməsi baş verdi

Gəncə-Hacıkənd avtomobil yolunda çat əmələ gəlib


28 aprel 2010-cu il tarixində saat 18:00 radələrində Göygöl rayonu, Aşıqlı kəndində Gəncə-Hacıkənd avtomobil yolundan kənarda torpaq sürüşməsi baş verib.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, asfalt örtüklü yolda təxminən 30 m uzunluqda və 3 sm enində çat əmələ gəlib.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin mütəxəssisləri hadisə yerinə baxış keçiriblər. Hazırda yolda aidiyyəti qurumlar tərəfindən təmir-bərpa işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar