Suraxanıda partlayış, 5 yaralı
19 aprel 2010 18:30 (UTC +04:00)

Suraxanıda partlayış, 5 yaralı

Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 3 otaqlı mənzildə partlayış baş verib.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, otaqların birində baş vermiş partlayış nəticəsində ev sahibi və həmin vaxt mənzildə olan daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Partlayış nəticəsində mənzilin otaqlarının arakəsmə divarlarında çatlar əmələ gəlib. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

VÜQAR
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar