“Karvan”ı qarət edənlərin adları açıqlandı
16 aprel 2010 12:30 (UTC +04:00)

“Karvan”ı qarət edənlərin adları açıqlandı

Şadlıq sarayındakı seyfdən yarım milyon dollardan çox pul aparılıb

Azərbaycan Daxili İşlər Nazirliyi “Karvan” şadlıq sarayından külli miqdarda pul oğurlayan şəxslərin adlarını açıqlayıb.


Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində "Karvan" şadlıq sarayından oğurluğun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Qənbərov və Bülbülə qəsəbə sakini Denis Novoselov tərəfindən törədilməsi müəyyən edilib.


Xatırladaq ki, məlum hadisə aprelin 13-dən 14-nə keçən gecə baş verib. Naməlum şəxslər adıçəkilən şadlıq evinin pəncərəsindən içəri daxil olaraq oradakı seyfi sındırıb, içərisində olan 306 min manat və 180.000 dollar götürərək hadisə yerindən qaçıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343

Oxşar yazılar