Yas yerində dava, 1 ölü
15 aprel 2010 19:30 (UTC +04:00)

Yas yerində dava, 1 ölü

Lənkəran sakini həmyerlisini döyə-döyə öldürdü

Aprelin 14-də Lənkəranda 32 yaşlı Mayıs Həziyev 40 yaşlı Allabağış Abdulovu qətlə yetirib.


Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Abdulov döyülərək, öldürülüb.


İki şəxs arasında mübahisə yas mərasimində baş verib. Sonra onlar çölə çıxıblar və dava etməyə başlayıblar. Dava zamanı Həziyev Abdulovun baş nahiyəsinə ağır zərbələr vurub. Yasda iştirak edən digər şəxslər dalaşanları ayıraraq, evlərinə yola salıblar. Lakin Abdulov başından aldığı zərbələrin təsirindən bir müddət sonra evində keçinib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar