79 yaşlı qadını öldürən gəncə 14 il 6 ay həbs
15 aprel 2010 14:00 (UTC +04:00)

79 yaşlı qadını öldürən gəncə 14 il 6 ay həbs

Kirayədə qaldığı evin sahibəsini öldürən gənc cinayəti tamah məqsədi ilə törətdiyini etiraf edib

Aprelin 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə kirayədə qaldığı evin sahibəsini öldürən Dəvəçi rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən, 1983-cü il təvəllüdlü Elçin Fərzəliyevə hökm oxunub. Hökmə əsasən, E. Fərzəliyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



2009-cu il dekabrın 8-də Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində yaşayan 1930-cu il təvəllüdlü Havanisə Novruzovanın meyiti yaşadığı evdə aşkarlanıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qətli mərhumənın evində kirayə yaşayan, 4 dəfə məhkum olunmuş, Dəvəçi rayon sakini 26 yaşlı Elçin Fərzəliyev tərəfindən törədildiyi məlum olub. O, istintaqa ilkin ifadəsində qətli tamah məqsədilə törətdiyini etiraf edib.


E.Fərzəliyev etiraf edib ki, H.Novruzovanın nəvəsinin evdə olmamasından istifadə edərək qadına hədə-qorxu gələrək pul tələb edib. Sonra isə qadını bıçaqla qətlə yetirib. Bundan sonra pul axtarışına çıxan E.Fərzəliyev evi alt-üstə etsə də, heç nə tapmayıb.


Qeyd edək ki, E. Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393

Oxşar yazılar