Milli Ordumuzun əsgəri vəfat edib
14 aprel 2010 12:30 (UTC +04:00)

Milli Ordumuzun əsgəri vəfat edib

Onun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir

Aprelin 14-də Gəncədəki N saylı hərbi hissənin əsgəri dünyasını dəyişib. Lent.az-ın Gəncəbasar müxbirinin Gəncə şəhər Hərbi Prokurorluğundan aldığı məlumata görə, xəstəlikdən dünyasını dəyişən 1992-ci il təvəllüdlü Cəfərov Sənan Ələmdar oğlunun nəşi ailəsinə təhvil verilib.

O, 2010-cu ilin yanvarında Beyləqan rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 338

Oxşar yazılar