Ucarda ata və oğlunu güllələdilər
13 aprel 2010 19:00 (UTC +04:00)

Ucarda ata və oğlunu güllələdilər

Xəstəxanaya çatdırılan oğlun həyatını xilas etmək mümkün olmayıb

Azərbaycanın Ucar rayonunun Qazıqumlaq kəndində qətl hadisəsi baş verib.


Ucar rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, dünən saat 22.50 radələrində kənd sakini, 1979-cu il təvəllüdlü Feyzullayev Namiq Əhmədiyyə oğlu 16 kalibrli tək lüləli ov tüfəngi ilə həmkəndlisi, 1978-ci il təvəllüdlü Salahov Eldəniz Məhəmmədəli oğluna və onun atası, 1931-ci il təvəllüdlü Salahov Məhəmmədəli Məmmədsadiq oğluna atəş açaraq xəsarət yetirib.



Hər iki şəxs Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Eldəniz Salahov orada dünyasını dəyişib. M.Salahov isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350

Oxşar yazılar