Moskvada 2 azərbaycanlı güllələndi
12 aprel 2010 12:00 (UTC +04:00)

Moskvada 2 azərbaycanlı güllələndi

Dünən gecə Moskva yaxınlığında Azərbaycan əsilli iki şəxsin olduğu maşın atəşə tutulub.

Lent.az-ın “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, maşındakıların biri ölüb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, 1970 və 1980-ci il təvəllüdlü iki azərbaycanlı yaralı halda “Şelkovsk” şosesi yaxınlığında “Toyota-Kamri” markalı minik avtomobilində saat 00:30 radələrində aşkarlanıb.

Həkim briqadası gələnə qədər yaralılardan biri keçinib. Digər güllə yarası almış şəxs xəstəxanada yerləşdirilib.
Güllələnən azərbaycanlıların şəxsiyyəti dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar