3 yaşlı qızı zorlayan yeniyetməyə 3 il həbs verildi
12 aprel 2010 11:30 (UTC +04:00)

3 yaşlı qızı zorlayan yeniyetməyə 3 il həbs verildi

Aprelin 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə zorlamada təqsirləndirilən 14 yaşlı şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bakı şəhər sakini H.Q.-a hökm oxunub. Hökmə əsasən, H.Q. 3 il müddətinə azadlıqdan məhrum edilib.



İttihama görə, H.Q. öz qonşusu Sevdanı (adı şərtidir) zorlayıb.


O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub.




F.Ə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461

Oxşar yazılar