Sərhədi səhv salan amerikalılar “casusdur”
10 aprel 2010 14:30 (UTC +04:00)

Sərhədi səhv salan amerikalılar “casusdur”

Ötən həftə İngiltərədə çıxan “Taliban”ın iki səhra komandiri “Teh Sunday times” qəzetinə bildirmişdi ki, onların sırasındakı yüzlərlə döyüşçü İranda təlim görür. 3 aylıq belə kurslar qışda həyata keçirilir və İslam Respublikası tərəfindən maliyyələşdirilir. Məşhur CNN telekanalı da kəşfiyyat mənbələrinə istinadən “Taliban” hərəkatındakı döyüşçülərin İranda hərbi təlim gördüyü barədə xəbər yaymışdı.
Bunların ardınca ABŞ ordusunun yüksək rütbəli zabiti Edvar Şoltis bəyan edib ki, “İranın talibləri maddi-texniki cəhətdən təmin etməklə yanaşı, onlara hərbi təlim keçməsi haqda Pentaqonda məlumatlar var.
Tehran bu sayaq ittihamları təkzib edir və üstəlik, İranın təhlükəsizlik qurumları 3 amerikalını ABŞ-ın kəşfiyyat xidmətinə casusluqda suçlayır. Lent.az-ın “Svoboda news”-a istinadən məlumatın görə, İslam Respublikasının kəşfiyyat məsələləri üzrə naziri Heydər Məhsuli İranın PressTV telekanalına müsahibəsində onların sərhədi qanunsuz olaraq keçdiyini söyləyib.
ABŞ Dövlət Departamentinin təmsilçisi Filip Krouli isə ölkəsinin kəşfiyyat qurumları ilə həmin şəxslərin əlaqəsi olmadığını vurğulayıb.
Tutulanlardan birinin, Sara Şordun anası İranın ali rəhbəri ayətulla Xamneyiyə müraciət edərək, övladı və onun dostlarının səhvən İran ərazisinə keçdiklərini, onların “İrana zərər vurmaq niyyətinin olmadığını” bildirib.
Xatırladaq ki, 2009-cu il iyulun 31-də İran-İraq sərhədində üç turist amerikalı tutulmuşdu. Şeyn Baver, Sara Şord və Coşua Fettal ABŞ-ın xeyrinə casusluqda şübhəli bilinərək, İranda həbsxanada saxlanılırlar. Saxlanılanlar yaxınları vasitəsi ilə bildirmişdilər ki, onlar dağa səyahət edərkən, İraqın Şimalındakı dağlarda azıblar.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332

Oxşar yazılar