Türkiyədə azərbaycanlı ər arvadını daşla öldürdü
09 aprel 2010 11:30 (UTC +04:00)

Türkiyədə azərbaycanlı ər arvadını daşla öldürdü

Eyni restoranda işləyən ər-arvad Türkiyədə qeyri-qanuni yaşayırmış
Dünən Türkiyənin İqdırın vilayətinin Mələkli bölgəsində eyni restoranda çalışan Azərbaycan əsilli ər və arvadın evdə dava-dalaşı faciə ilə bitib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı Nizami İsmayılov daşla həyat yoldaşı, 38 yaşlı Nəzirə Əkbərovanın başına və üzünə zərbələr endirib.

Nəzirə Əkbərova huşunu itirib. Nizami İsmayılov yoldaşlarından yardım istəyib və onlar Nəzirə Əkbərovanı İqdır Dövlət Xəstəxanasına aparıblar. Ancaq Nəzirə Əkbərova həkim müdaxiləsinə baxmayaraq, həyatını itirib.
O da məlum olub ki, ər və arvadın pasportlarının müddəti 3 ay əvvəl dolub və onlar qaçaq yolla yenidən Türkiyəyə keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar