Bakıda sərnişin avtobusu aşdı
08 aprel 2010 10:30 (UTC +04:00)

Bakıda sərnişin avtobusu aşdı

Hadisə “Bağırov” körpüsünün yanında baş verib

Bu gün saat 19:20 radələrində Paytaxtda Heydər Əliyev prospektinin Bağırov körpüsü ilə birləşdiyi ərazidə “Mercedes” markalı sərnişin mikroavtobusu aşıb. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə zamanı mikroavtobusda sərnişin olmayıb və qəza zamanı heç kim xəsarət almayıb.

Hazırda Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerindədir və müvafiq araşdırmalar aparıldıqdan sonra hadisənin səbəbləri məlum olacaq. Nizami rayon Polis İdarəsindən o da bildirilib ki, hadisə zamanı sükan arxasında olan sürücü hazırda hadisə yerində deyil.

Qeyd edək ki, mikroavtobus 313 saylı marşrut xətti üzrə hərəkət edirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar