Bakıda “oğru polis” tutulub
07 aprel 2010 18:00 (UTC +04:00)

Bakıda “oğru polis” tutulub

O, vətəndaşların mobil telefonlarını oğurlayırmış

Bakıda özünü polis kimi təqdim edərək insanları aldadıb, onların telefonlarını oğurlayan şəxs aprelin 6-da tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “oğru polis” Hacıqabul rayon sakini Vüqar Dünyamalıyevdir.

Məlumata əsasən, Vüqar Dünyamalıyev martın 5-də özünü polis əməkdaşı kimi təqdim edərək Fərhad Əliyev və Aydın Məmmədovun telefonlarını yoxlamaq adı ilə alıb, qaytarmayıb. V. Dünyamalıyev 11 martda da Şamil Məmmədovun mobil telefonunu musiqiyə qulaq asmaq məqsədi ilə alıb, qaçıb.

“Oğru polis” Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar