Gəmi Təmiri Zavodunda yanğın olub
07 aprel 2010 11:00 (UTC +04:00)

Gəmi Təmiri Zavodunda yanğın olub

Aprelin 6-dan 7-nə keçən gecə Bakı şəhəri, Xətai rayonunda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə məxsus Gəmi Təmiri Zavodunun ərazisində ümumi sahəsi 20kv.m. olan gözətçi otağının yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə tamamilə yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, gözətçi yanğınsöndürənlər tərəfindən xilas olunub.

Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170

Oxşar yazılar