Bakıda və Abşeronda partlamamış sursat aşkarlanıb
05 aprel 2010 18:00 (UTC +04:00)

Bakıda və Abşeronda partlamamış sursat aşkarlanıb

1 ədəd "D-30", 3 ədəd "D-44" tipli top mərmisi və 1 ədəd tank əleyhinə təlim minası zərərsizləşdirilib

Dünən Bakıda və Abşeron rayonunda partlamamış döyüş sursatları aşkarlanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Səbail rayonunda ARDNŞ-ə məxsus Neft-Qazçıxarma İdarəsinin ərazisində partlamamış döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış döyüş sursatlarına baxış keçirib və onların döyüş başlığı olmayan partlamamış 3 ədəd "D-44" tipli top mərmisi olduğunu müəyyən ediblər. Nazirliyin mütəxəssisləri həmin ərazidə əlavə axtarış işləri aparıblar. Nəticədə əlavə olaraq partlamamış 1 ədəd "D-30" və 3 ədəd "D-44" tipli top mərmisi aşkarlanıb. Aşkarlanmış mərmilər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:12-də başa çatıb.

Abşeron rayonu, Mehdiabad qəsəbəsində Quşçuluq fermasının yaxınlığında döyüş sursatının aşkarlanması barədə də məlumat daxil olub. Nazirliyin mütəxəssisləri aşkarlanmış döyüş sursatına baxış keçirib və onun 1 ədəd tank əleyhinə təlim minası olduğunu müəyyən ediblər. Nazirliyin mütəxəssisləri həmin ərazidə əlavə axtarış işləri aparıb və şübhəli əşya aşkar etməyiblər. Aşkarlanmış təlim minası xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:12-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315

Oxşar yazılar