“Zərbəli” ləqəbli avtoritet tutuldu
05 aprel 2010 14:00 (UTC +04:00)

“Zərbəli” ləqəbli avtoritet tutuldu

Əzizağa Tağıyev qardaşını öldürərək hadisə yerindən qaçmışdı

Qardaşını öldürən Əzizağa Tağıyev Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində yaxalanıb.


Bu barədə Lent.az-a Rayon Polis İdarəsindən məlumat verilib. Keçirilən əməliyyat nəticəsində Ə.Tağıyev Sumqayıt şəhərində yaxalanıb.


Qeyd edək ki, aprelin 4-də günorta saatlarında Abşeronda qətl hadisəsi baş verib. 15 ildir, axtarışda olan “Zərbəli” ləqəbli kriminal avtoritet, 1954-cü il təvəllüdlü Tağıyev Əzizağa Rəhman oğlu qardaşı, 1967-ci il təvəllüdlü Tağıyev Əlövsəti bıçaqlayaraq öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb.


İki qardaş arasında baş verən münaqişənin səbəbi kimi Ə.Tağıyevin içkili olması və qardaşına söyüş söyməsi göstərilir. Bundan qəzəblənən Ə.Tağıyev qardaşını bıçaqlayıb.



“Zərbəli” ləqəbli avtoritet törətdiyi başqa cinayətlərə görə 15 il axtarışda olub. Onun Rusiyada gizləndiyi və 3 gün əvvəl Azərbaycana gəldiyi bildirilib.


Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar