Minik maşını yük avtomobili ilə toqquşub, dərəyə aşdı
02 aprel 2010 19:00 (UTC +04:00)

Minik maşını yük avtomobili ilə toqquşub, dərəyə aşdı

Avtomobil xüsusi texnikanın köməkliyi ilə dərədən çıxarılıb

Bu gün Qəbələ şəhərində sürücünün idarəetməsindən çıxdığı bildirilən "VAZ" markalı minik avtomobili qarşıdan gələn "QAZ" markalı yük avtomobilinə çırpılıb və dərəyə aşıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, minik avtomobili deformasiyaya uğrayıb, onun sürücüsü xəsarət alıb.

Hadisə yerinə gəlmiş xilasedicilər zərərçəkmişə ilkin tibbi yardım göstərib, xüsusi texnikanın köməkliyi ilə avtomobili dərədən çıxarıb, müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 11:55-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339

Oxşar yazılar