Azərbaycanlı qadın Türkiyədə özünü binadan atdı
02 aprel 2010 13:45 (UTC +04:00)

Azərbaycanlı qadın Türkiyədə özünü binadan atdı

Bu gecə Türkiyədə nikahsız yaşadığı şəxslə mübahisə edən Azərbaycan əsilli Maya Qurbanova özünü yaşadığı beşmərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildən atıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, olay İstanbulun Bakırköy rayonunda gecə saat 3:30 radələrində baş verib.

Beton döşəməyə düşərək ağır yaralanan Maya Qurbanova xəstəxanaya aparılıb, onunla nikahsız yaşayan şəxs isə polis tərəfindən saxlanılıb.

Psixoloji problemləri olan Maya Qurbanovanın az əvvəl də intihara cəhd göstərdiyi məlum olub.

Məsələ ilə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar