Toyda başlayan mübahisə qətllə nəticələndi
02 aprel 2010 13:30 (UTC +04:00)

Toyda başlayan mübahisə qətllə nəticələndi

Bakının Əzizbəyov rayonu ərazisində qətl hadisəsi baş verib.


Bu barədə Lent.az-a Əzizbəyov rayon Prokurorluğundan bildirilib. Məlumata görə, rayonun Binə qəsəbəsində yaşayan Lerik rayon sakini, 1986-cı il təvəllüdlü Ağayev Ağa Mübariz oğlu mübahisə zəminində yaxın qohumu, 1981-ci təvəllüdlü Nurməhəmmədov Rüfət Əhmədağa oğlunu bıçaqlayıb. Ağır xəsarət alan R.Nurməhəmmədov dərhal 3 saylı xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.


Qohumlar arasında baş verən mübahisə bir neçə gün əvvəl bir toy mərasimində baş verib. Toydan sonra qohumlar mübahisəni davam etdiriblər. Həmin mübahisə də ölümlə nəticələnib.


Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılın, araşdırma aparılır.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar