Tərtərdə məcburi köçkünlərin yaşadığı qəsəbəni su basıb
01 aprel 2010 20:30 (UTC +04:00)

Tərtərdə məcburi köçkünlərin yaşadığı qəsəbəni su basıb

Qəsəbədə 15-ə yaxın ev su basması nəticəsində yararsız hala düşüb


Dünəndən yağan güclü yağışlar nəticəsində Tərtər rayonunun Mamırlı kəndi yaxınlığında, Ağdam rayonundan olan məcburi köçkünlərin yaşadığı qəsəbəni su basıb.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, qəsəbədəki 15-ə yaxın ev su basması nəticəsində yararsız hala düşüb.


Həyətlərə və evlərə dolan suyu təmizləmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğınsöndürən maşınları cəlb olunub.
Tərtər və Ağdam rayon icra hakimiyyətlərinin nümayəndələri hadisə yerinə gəliblər.
Yaranmış vəziyyəti aradan qaldırmaq üçün tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332

Oxşar yazılar