Həbsxanaya bayram hədiyyəsi kimi heroin aparanlar tutulub
01 aprel 2010 17:45 (UTC +04:00)

Həbsxanaya bayram hədiyyəsi kimi heroin aparanlar tutulub

Novruz bayramı günlərində cəzaçəkmə müəssisələrinə narkotik vasitələrin keçirilməsi ilə əlaqədar iki cəhdin qarşısı alınıb. Bu barədə Lent.az-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, hər iki fakt martın 24 və 28-də 6 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində ümumi çəkisi 46,4 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Bundan əlavə, martın 25-də 2 saylı cəzaçəkmə müəssisəsində məhkumlara mobil telefonların ötürülməsi cəhdinin qarşısı alınıb.

Ümumiyyətlə, Penitensiar Xidmətin və tabelikdəki müəssisələrin əməliyyat aparatları tərəfindən əldə olunmuş məlumatlar əsasında aparılmış axtarış-baxış tədbirləri nəticəsində cari ilin birinci rübü ərzində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 10 fakt aşkar olunub, 49,4 qram çəkidə heroin, 3,9 qram marixuana, 10,2 qram tiryək müsadirə edilib.

Həmin dövr ərzində cəza çəkənlərə və təqsirləndirilən şəxslərə qadağan olunmuş əşyaların ötürülməsi ilə bağlı 84 fakt müəyyən edilib ki, onlardan 22-ni mobil telefonlar təşkil edib.

Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsi və belə əşyaların həmin yerlərdə dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 311

Oxşar yazılar