Əsgəri elektrik cərəyanı vurub öldü
01 aprel 2010 17:15 (UTC +04:00)

Əsgəri elektrik cərəyanı vurub öldü

Martın 31-də Yevlax rayon sakini Seymur Həsənovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Lent.az DİN-in saytına istinadən xəbər verir ki, faktla bağlı araşdırmalar aparılır.
Yevlax rayon prokurorluğundan isə Lent.az-a bildirilib ki, 1988-ci il təvəllüdlü Seymur Həsənov Azərbaycan Silahlı Qüvvələrinin qoşun növlərindən birində xidmət edib.


Qusar rayonundakı N saylı hərbi hissəsinin əsgəri olan S.Həsənov 3 günlük məzuniyyətlə evlərinə - Yevlax rayonuna gəlibmiş. Axşam saatlarında dostugilin həyətində olarkən yağış nəticəsində nəm olan elektrik naqilinə əlini toxunan əsgəri elektrik cərəyanı vurub.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar