11 yaşlı qızı zorlayan 58 yaşlı kişiyə 14 il həbs
01 aprel 2010 14:00 (UTC +04:00)

11 yaşlı qızı zorlayan 58 yaşlı kişiyə 14 il həbs

Aprelin 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 11 yaşlı qızı zorlamaqda təqsirləndirilən Qusar rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1952-ci il təvəllüdlü Ə.P.ə hökm oxunub. Hökmə əsasən, Ə.P 14 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, 2009-cu ildə Ə.P. qonşusu, 1998-ci il təvəllüdlü Samirəni (adı şərtidir) zorlayıb. Hadisə barədə Samirənin anası polisə məlumat verib. Qusar Rayon Polis İdarəsinin əməkdaşları bir neçə gün əməliyyat axtarış tədbirlərini davam etdirib. Nəhayət 20 gündən sonra Ə.P. tutulub.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlər təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi il ittiham olunub.

Qeyd edək ki, Ə.P. əvvəllərdə zorlama maddəsi ilə həbsdə olub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367

Oxşar yazılar