Şöhrət Quliyevin dəstəsinin məhkəməsi başladı
01 aprel 2010 13:30 (UTC +04:00)

Şöhrət Quliyevin dəstəsinin məhkəməsi başladı

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Bakı və Gəncə şəhərlərində qətllər törətməkdə təqsirləndirilən iş adamı Şöhrət Quliyevin və onun başçılıq etdiyi silahlı dəstə üzvlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası aprelin 9-dək təxirə salınıb.


İttiham aktına görə, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri iş adamı Əhməd İbrahimovu, Gəncə şəhər sakini Kamal Ələkbərovu öldürməkdə ittiham olunurlar.


Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 217-ci (Banditizm) və 228-ci (Qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə təqsirləndirilirlər.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar