ADNA-dakı qətlialmla bağlı məhkəmə aprelin 12-də başlayacaq
01 aprel 2010 13:00 (UTC +04:00)

ADNA-dakı qətlialmla bağlı məhkəmə aprelin 12-də başlayacaq

Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işi üzrə məhkəmənin vaxtı təyin olunub.

Bu barədə Lent.az-a Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən məlumat verilib. Məlumatda bildirilib ki, 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 12-nə təyin olunub. Məhkəməyə hakim Ramella Allahverdiyeva sədrlik edəcək.


Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345

Oxşar yazılar