Əfqanıstanda və Pakistanda vuruşan azərbaycanlının məhkəməsi başladı
30 mart 2010 12:00 (UTC +04:00)

Əfqanıstanda və Pakistanda vuruşan azərbaycanlının məhkəməsi başladı

Martın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Əfqanıstanda və Pakistanda koalisiya qoşunlarına qarşı vuruşmaqda ittiham olunan Azərbaycan vətəndaşının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi sakini 1975-ci il təvəllüdlü İsayev Vüqar Səfa oğlunun cinayət işi üzrə məhkəmə baxışı aprelin 8-nə təyin olunub.

V.İsayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci (Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər) və 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, keçən il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə 13 Azərbaycan vətəndaşı mühakimə olunub. Belə ki, Şakir Xanbutov 1 il 6 ay, Araz Kəngərli 2 il 6 ay, Telman İsayev 2 il 6 ay, Tural Sultanov 2 il, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev və Vüqar Xəlilov 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2794

Oxşar yazılar