Neft Akademiyasındakı qətliamla bağlı istintaq yekunlaşdı
30 mart 2010 11:30 (UTC +04:00)

Neft Akademiyasındakı qətliamla bağlı istintaq yekunlaşdı

Cinayət işi baxılması üçün məhkəməyə göndərilib


Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qanlı olayla bağlı cinayət işinin istintaqı yekunlaşıb.


Bu barədə Lent.az-a Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən məlumat verilib. Məlumatda bildirilib ki, 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanan cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Məhkəmədən onu da bildiriblər ki, cinayət işi hələlik icraata verilməyib.


Qeyd edək ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341

Oxşar yazılar