Türkiyədə azərbaycanlı narkotacir yaxalanıb
30 mart 2010 10:30 (UTC +04:00)

Türkiyədə azərbaycanlı narkotacir yaxalanıb

Batırxan Babanəzərov məktəblərin ətrafında narkotik vasitə satarkən ələ keçib


Türkiyə polisi Mərsin vilayətinin Kağıthane məhəlləsindəki məktəblərin ətrafında narkotik vasitə satıldığı barədə məlumat alıb.


Lent.az-ın “mersinhaber.com” saytına istinadən verdiyi məlumata görə, polisin bu ərazidə keçirdiyi əməliyyat zamanı narkotik vasitə satdıqları iddia olunan Azərbaycan əsilli Batırxan Babanəzərov və Şaltik Altibayev yaxalanıblar.


Şübhəlilərin üzərindən emal olunmuş 32 qram heroin tapılıb. Şübhəlilərin evlərində aparılan axtarış zamanı Batırxan Babanəzərovun qohumu olan Şöhrət Babanəzərov da saxlanılıb. Ancaq 38 yaşlı Şöhrət Babanəzərovun narkotik vasitə ticarəti ilə əlaqəsi olmadığı üzə çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341

Oxşar yazılar