Abbas Mustafayevə qarşı 11 minlik məhkəmə iddiası
29 mart 2010 18:00 (UTC +04:00)

Abbas Mustafayevə qarşı 11 minlik məhkəmə iddiası

Dövlət Sosial Müdaifə Fondunun (DSMF) Hüquqi Şəxslərlə İş Departamenti 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, Müstəqil Azərbaycan Universitetinə (MAU) qarşı məhkəmə iddiası qaldırıb. Lent.az-ın məlumatına görə, qarşı tərəf MAU-dan ödənilməmiş qalan 11 215 manat borc pulunu tələb edir. Həmin vəsaitin 1 yanvar 2009-cu il tarixə qədər yığılmış borc olduğu iddia olunur.

Məhkəmə prosesi aprelin 6-da keçiriləcək.

Xatırladaq ki, Təhsil Nazirliyi özəl ali məktəb olan MAU-ya verdiyi lisenziyanı 2006-cı ildə geri alıb. Həmin vaxtdan MAU fəaliyyət göstərmir. Ali məktəbin rektoru Abbas Mustafayev olub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar