Bakı Metropolitenində təhlükəsizlik tədbirlər gücləndirilib
29 mart 2010 14:30 (UTC +04:00)

Bakı Metropolitenində təhlükəsizlik tədbirlər gücləndirilib

Bu gün səhər saatlarında Moskva metrosunda çoxsaylı insan tələfatı ilə nəticələnən partlayış baş verib.



Bu gündən Moskva metrosunda baş vermiş terror aktı ilə əlaqədar Bakı Metropolitenində polis gücləndirilmiş rejimə keçib.


Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva Lent.az-a bildirib ki, Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə stansiyalarda nəzarəti gücləndirmək tapşırığı verilib. Onun sözlərinə görə, Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün lazımi tədbirlər görülüb və hazırda bütün stansiyalar adi rejimdə fəaliyyət göstərir.


Metropolitenin hərəkət xidməti şöbəsindən isə bildiriblər ki, bütün stansiyalarda metroya daxil olan yüklü sərnişinlər yoxlanılır. Həmçinin, sərnişinləri izləmə kameralarına da nəzarət gücləndirilib. Polis əməkdaşları metropostansiyaların daxilində və ətraf ərazilərə nəzarət edir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar