Ər və arvadı yol qəzasında öldü
29 mart 2010 14:15 (UTC +04:00)

Ər və arvadı yol qəzasında öldü

Bakıda baş verən qəzada iki nəfər isə yaralanıb

Martın 27-də Maştağa-Buzovna şossesində Rəfail Qasımovun idarə etdiyi «ZİL-5301» markalı maşınla «VAZ-2107» markalı avtomaşın toqquşub.


Bu barədə Lent.az-a Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Nəticədə «VAZ-2107» markalı avtomaşında olanlar Ədalət Qasımov və onun həyat yoldaşı Svetlana hadisə yerində ölüblər. Sərnişinlərdən Pərviz İbrahimov və onun bacısı Gülnar isə xəsarətlə 3 saylı xəstəxanaya yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar