“Burada bomba var, mən erməniyəm”
27 fevral 2010 17:00 (UTC +04:00)

“Burada bomba var, mən erməniyəm”

İki azyaşlı bomba barədə yalan məlumat verib
Fevralın 26-da saat 11.03-də azyaşlı naməlum şəxs FHN-in “112” Xidmətinə zəng edərək, “Burada bomba var, mən erməniyəm” deyərək telefonu söndürüb.

Lent.az DİN-in saytına istinadən xəbərinə görə, məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb. Dərhal əməliyyat tədbirləri həyata keçirilib, məlumat təsdiqini tapmayıb. DİN Baş Cinayət Axtarış İdarəsi və Gəncə ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Yeni Gəncə qəsəbəsində yaşayan azyaşlı M.U. olması müəyyən edilərək saxlanılıb. O, yalan məlumat verməsini etiraf edib.

DİN Baş Cinayət-Axtarış İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 25-də FHN-in "112" Xidmətinə telefonla zəng edərək “20 nömrəliyə bomba qoyulub” deyərək yalan məlumat verənin Şirvan şəhərində yaşayan azyaşlı, ruhi xəstə F.P. olması müəyyənləşib.

Hər iki fakt üzrə araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar