ŞOK: Türk səfirə qarşı zorlama iddiası!
30 yanvar 2010 14:00 (UTC +04:00)

ŞOK: Türk səfirə qarşı zorlama iddiası!

Türkiyənin Romadakı səfiri Ali Yakıtalın müşavirini zorlaması iddiası ilə bağlı araşdırma başlayıb. Lent.az-ın “ensonhaber”ə istinadən verdiyi məlumata görə, səfir iddianı rədd edir. Ancaq onun artıq geriyə - Ankaraya dönməyə hazırlaşdığı bildirilir.

Ali Yakıtalın onunla birgə səfirlikdə çalışan qadın müşavirə qarşı cinsi təcavüz etdiyi iddia olunur.

Səfirliyin birinci müşaviri O.H.T.-nin şikayəti əsasında Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) olayla bağlı araşdırmalara başlayıb. Səfirlikdəki mənbənin bildirdiyinə görə, birinci müşavir O.H.T. Romaya 4 ay əvvəl səfir göndərilən Yakıtalın onu zorladığı iddiası ilə Türkiyə XİN-ə müraciət edib. Bununla da kifayətlənməyən qadın müşavir məsələni baş nazir Rəcəb Tayyib Ərdoğana da danışıb.

İddia ilə bağlı XİN müfəttiş Fatma Fırat Topçuoğlunu məsələni araşdırmaq üçün Romaya göndərib. Müfəttiş səfirlikdə olayla bağlı olan adamları və şahidləri dinləyib. Bundan sonra isə səfirin Ankaraya geri çağırılması gündəmə gəlib. Yakıtalın Ankaraya dönməsi üçün ona hansısa yazılı sənəd təqdim olunmayıb. Lakin o, səfirlik işçilərilə vida söhbəti etdiyi bildirilir.

Zorlandığını iddia edən birinci müşavir O.H.T.-nin bir müddətdir səfirliyə, yəni öz işinin başına getmədiyi də məlum olub.

Səfirin isə Ankaraya gələn həftə dönəcəyi bildirilir. Səfir Yakıtal hadisədən çox üzüldüyünü, bəraət almaq istədiyini deyərək, "Məni tanıyanlar tanıyır" söyləyib.

Ailəli olan səfir Ali Yakıtal baş nazir Ərdoğanın məsləhətçisi işləyib. O, 90-cı illərdə Romadakı səfirlikdə müşavir vəzifəsində çalışıb. Ən böyük arzusu isə diplomatik karyerasını elə Romada nöqtələmək olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar