Rza Zərrabdan Ebru Gündeşə evlilik təklifi
30 yanvar 2010 11:30 (UTC +04:00)

Rza Zərrabdan Ebru Gündeşə evlilik təklifi

Məşhur türkiyəli müğənni Ebru Gündeşlə azərbaycanlı iş adamı Rza Zərrab arasında bir il əvvəl başlamış münasibətlərlə bağlı yeni xəbər var. Lent.az-ın “nethaber.com”a istinadən verdiyi məlumata görə, Rza Zərrab müğənni sevgilisinə onunla evlənməyi təklif edib.
Zərrabın əvvəlki sevglisi Azəri Günellə son günlərdə olan polemikalar cütlüyün münasibətlərinin bitmə nöqtəsini qoyub. Adının özünə aidiyyatı olmayan bir olayda çəkilməsinə görə Ebru Gündeş hirsini Zərrabın üstünə töküb. O, sevgilisinə “Ya bu vəziyyəti düzəldəcəksən, ya da münasibətlərimiz bitəcək” şərtini irəli sürüb. İş adamı isə bu şərt qarşısında “elə indicə evlənək” deyərək, müğənnini razı salmaq istəyib.
Sevgilisindən evlənmək təklifi alan Ebru Gündeş hazırda heç kimlə görüşmür. Onun yaxınları “hər an qarşımıza çıxaraq “evləndim” deyə bilər” söyləyir.
Qeyd edək ki, Rza Zərrabla Azəri Günel arasında mətbuat vasitəsilə gedən polemikalarda Ebru Gündeşin də adı hallanıb.

Bir müddət öncə Rza Zərrabın Ebru Gündeşin imam nikahına girdiyi bildirilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar