Hərbi Prokurorluq hərbi hissədəki qətliamla bağlı açıqlama yayıb
29 yanvar 2010 13:00 (UTC +04:00)

Hərbi Prokurorluq hərbi hissədəki qətliamla bağlı açıqlama yayıb

Azərbaycan Respublikası Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş vermiş qanlı olayla bağlı açıqlama yayıb.


Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birliklə tərəfindən adam öldürmə) 120.2.3-cü (zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.


İstintaqa respublika hərbi prokurorunun müavini Şəfahət İmranov rəhbərlik edir. Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hazırda hadisə yerində araşdırma aparırlar. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.


Məlumatda, həmçinin bildirilir ki, cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla hadisənin baş verməsində günahkar olan şəxslərin müəyyən olunub, məhkəmə məsuliyyətinə verilməsi və qanunla nəzərdə tutulan baş tədbirlərin görülməsi təmin olunacaq.


Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanvarın 28-də saat 18.00 radələrində N saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər özlərini güllələyərək öldürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar