Göygöldə toyuq oğruları tutulub
28 yanvar 2010 13:45 (UTC +04:00)

Göygöldə toyuq oğruları tutulub

5 nəfərdən ibarət dəstə üzvləri barəsində cinayət işi açılıb

Göygöl rayon polisi toyuq oğurluğu ilə məşğul olan dəstə üzvlərini yaxalayıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Göygöl rayon Polis şöbəsinin rəis müavini Habil Əmiraslanov məlumat verib. Məlumata görə, Göygöl və Gəncə sakinləri olan 1985-ci il təvəllüdlü Həsənov Vüsal Fikrət oğlu, Adıgözəlov Mübariz Nəsrəddin oğlu, 1974-cü il təvəllüdlü Hüseynov Elşən Əbdülqasım oğlu, 1983-cü il təvəllüdlü Yusibov Ruslan Oleq oğlu vətəndaşların şəxsi mülklərinə daxil olaraq, onlara məxsus xeyli sayda ev quşu oğurlayıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə iş açılıb. Şəxslərin başqa oğurluqlarda iştirak edib-etmədiyi araşdırılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar