Gəncədə peşə liseyi yanıb
28 yanvar 2010 13:15 (UTC +04:00)

Gəncədə peşə liseyi yanıb

Daha bir yanğın hadisəsi yaşayış binasında olub

Yanvarın 27-də Gəncənin Muxtar Hacıyev küçəsi, bina 16-da yanğın hadisəsi baş verib. Lent.az-ın Gəncəbasar müxbirinin Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən aldığı məlumata görə, binanın dam örtüyünün 84 kv metrlik hissəsi yararsız hala düşüb. Xəsarət alan yoxdur. Yanğının səbəbləri araşdırılır.

Başqa bir yanğın hadisəsi yanvarın 28-də saat 08:28 radələrində Sidqi Ruhulla küçəsində yerləşən Gəncə Peşə Liseyində baş verib. Məktəbin ümumi sahəsi 32 kv metr olan 2 otağının dam örtüyü yanıb. Hadisəyə odun sobasının səbəb ola biləcəyi ehtimal edilir.

Xəsarət alanın olmadığı yanğın hadisəsi barədə araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar