Bacısı qızını öldürən dayıya 9 il həbs
28 yanvar 2010 11:15 (UTC +04:00)

Bacısı qızını öldürən dayıya 9 il həbs

Yanvarın 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bacısı qızını öldürməkdə təqsirləndirilən Maştağa sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sahib Bağırova hökm oxunub. Hökmə əsasən, S.Bağırov 9 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, 2009-cu ilin sentyabrında Maştağa qəsəbəsi sakini, 1965-ci il təvəllüdlü Sahib Bağırov yaşadığı evdə bacısı qızı, 1990-cı il təvəllüdlü Lətafət Təyyub qızı Zahidovanı qısqanclıq zəminində boğaraq öldürüb. O, hadisəni törətdikdən sonra polisə gedərək könüllü təslim olub.

Qeyd edək ki, S.Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292

Oxşar yazılar