Bakıda bir ailədən üç nəfər dəm qazından boğulub
28 yanvar 2010 11:00 (UTC +04:00)

Bakıda bir ailədən üç nəfər dəm qazından boğulub

56 yaşlı qadının, onun qızının və nəvəsinin meyitləri yaşadıqları mənzildən tapılıb


Bakının Nizami rayonunun Keşlə qəsəbəsində bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb.


Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan məlumat verilib. Hadisə rayonun Keşlə qəsəbəsi, Ə. Əzimzadə küçəsi, ev 23-də baş verib. Həmin ünvanda yaşayanlar – 1954-cü il təvəllüdlü Xəlilova Elmira, 1975-ci il təvəllüdlü Xəlilova Mətanət və 2001-ci il təvəllüdlü Məlahət Bayramzadənin meyitləri bu gün səhər saatlarında yaşadıqları evdə aşkarlanıb. İlkin ehtimala görə, ailə üzvləri dəm qazından boğularaq ölüblər
.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar