Bakıda qəbiristanlıq dağıdılıb
27 yanvar 2010 20:00 (UTC +04:00)

Bakıda qəbiristanlıq dağıdılıb

Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan məlumat verilib. Ötən gün Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda 20-25 məzarın baş daşı naməlum şəxslər tərəfindən dağıdılaraq sındırılıb. Hələlik hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil.


Hadisənin düşmənçilik, yaxud xuliqanlıq zəminində baş verməsinə gəlincə, prokurorluqdan bununla əlaqədar hələlik dəqiq məlumat olmadığını bildiriblər.


Baş vermiş hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hadisəni törədənlərin müəyyənləşdirilərək tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030

Oxşar yazılar