“Mərhəmət sorağında” verilişinin təşkilatçıları apelyasiya şikayəti verdi
27 yanvar 2010 19:00 (UTC +04:00)

“Mərhəmət sorağında” verilişinin təşkilatçıları apelyasiya şikayəti verdi

“Rona” MMC şirkəti əməkdaşları məhkəmə hökmündən apelyasiya şikayəti verib. Bu barədə Lent.az-a Bakı Apelyasiya Məhkəməsindən bildirilib. Apelyasiya şikayətinin ilkin baxışı yanvarın 27-nə təyin olunub.

Xatırladaq ki, “Rona” şirkətin təsisçisi Nağızadə Rövşən Yaqub oğlu, baş mühasib Məmmədova Marina Borisovna və mühasib Podoqova İrina Petrovna 2004-cü ildə “Space” telekanalında imkansız şəxslərə yardım adı altında “Mərhəmət sorağında” proqramını hazırlayıb təqdim ediblər. Proqramda “Azercell” BM tərəfindən ayrılan nömrəyə tamaşaçılar tərəfindən göndərilən SMS-lər şirkətin “Koçbank”dakı hesabına köçürülüb. Həmin şəxslər hesaba köçürülən 57445 manatı mənimsəməkdə təqsirləndirilirlər.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 213.4-cü (külli miqdarda vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunublar. Ağır Cinayətlərə Dair Məhkəmənin hökmü ilə Marina Borisovna Məmmədova 4 il azadlıqdan məhrum edilib. Podoqova İrina Petrovna və Rövşən Nağızadənin hər birinə 4 il şərti cəza təyin olunub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar