Bakıda yaşayış evi partladı
Bakı şəhərində Pakistan vətəndaşlarının yaşadığı evdə partlayış baş verib.
Bu barədə Lent.az-a Sabunçu rayon Polis İdarəsindən bildirilib. Rayonun E.Mehdiyev küçəsi, 15 ünvanda yerləşən, 1967-ci il təvəllüdlü Ülfət Mirzəyevə məxsus evdə qaz sızmasından baş vermiş partlayış nəticəsində həmin evdə kirayədə yaşayan Pakistan Respublikasının vətəndaşları - 1976-cı il təvəllüdlü Muhammed Vasin, 1982-ci il təvəllüdlü Ahmed İstitaq, 1983-cü il təvəllüdlü Husain Amir və 1986-cı il təvəllüdlü Afzal Mohsin ağır yanıq xəsarətləri alıblar.
Xəsarət alan Pakistan vətəndaşları 5 saylı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Fərid Əkbərov

Oxşar yazılar

Bakıda gənc oğlanın meyiti meşəlik ərazidən tapıldı
6 iyun 2025 , 19:38
9-cu mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı
6 iyun 2025 , 17:50
Qurbanlıq dana onu satan sahibini öldürdü - İNANILMAZ OLAY
6 iyun 2025 , 15:55
Pişiyi xilas etmək istəyən qız 13-cü mərtəbədən yıxıldı
6 iyun 2025 , 13:50
Şamil Basayevin dəstə üzvlərinə HÖKM OXUNDU
6 iyun 2025 , 13:05
Polis rəisi və jurnalist həbs edildi
6 iyun 2025 , 12:41
İki erməni Azərbaycan ərazisinə keçdi - İDDİA
6 iyun 2025 , 12:30