Nazim Quliyevin məhkəməsində dava düşdü
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə zərərçəkmişlərlə müdafiə tərəfi arasında qalmaqal baş verib. Zərərçəkmiş qismində ifadə verən Natəvan Mehdiyeva N.Quliyevin ona hədə-qorxu gəldiyini söyləyib. O, müdafiə tərəfinin suallarını cavablandırarkən vəkilin verdiyi suallara etirazını bildirib. N.Quliyev isə məhkəmədən zərərçəkənin normal ifadə verməsini tələb edib. Bu zaman müdafiə tərəfi ilə zərərçəkən arasında mübahisə yaranıb. N.Mehdiyeva N.Quliyevin vəkilini onu müdafiə etdiyi üçün təhqir edib.
Daha sonra zərərçəkən qismində ifadə verən Səbirə Mahmudova ilə N.Quliyev arasında mübahisə yaranıb. Onlar bir-birilərini təhqir edib.
Məhkəməmə hər iki tərəfi prosesi pozmaqda ittiham edərək prosesi təxirə salıb.
İttihama görə, N. Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirləndirilir.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin 20 may 2009-cu il tarixli hökmü ilə N. Quliyev Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 147.2 (böhtan (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma)) maddəsi üzrə isə ona bəraət verilib. Adıçəkilən məhkəmə prosesi “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın iddiası əsasında keçirilib.
Fərid Əkbərov

Oxşar yazılar

Bakıda şəhid məzarına hörmətsizlik edən ƏRƏBLƏR saxlanıldı - VİDEO
18 avqust 2025 , 02:36
Naxçıvanda iki maşın toqquşdu - Biri dərəyə aşdı
18 avqust 2025 , 01:54
Mikroavtobusun vurduğu 50 yaşlı kişi xəstəxanada öldü
17 avqust 2025 , 23:07
Avtomobil 75 yaşlı qadını vurub öldürdü
17 avqust 2025 , 22:27
Təyyarə qəzaya uğradı - Ölənlər var
17 avqust 2025 , 21:45
Bloger-jurnalist İlhami Nəsibov həbs edildi
17 avqust 2025 , 16:21
Mingəçevirdə 55 yaşlı kişini BIÇAQLADILAR
17 avqust 2025 , 11:31