Vəzifəli şəxsin olduğu avtomobil qəzaya düşdü: 2 ölü, 2 yaralı
Bu gün Ağcabədi rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ağdam-ağcabədi yolunun 7-ci kilometrliyində 1987-ci il təvəllüdlü Muradov Sahib İnqilab oğlunun idarə etdiyi “VAZ 21015” markalı avtomobil yoldan çıxıb. Sürətlə hərəkət edən maşın əvvəlcə yol kənarındakı ağaca çırpılıb və aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 1988-ci il təvəllüdlü Məhərrəmzadə Elvin Əkbər oğlu və 1984-cü il təvəllüdlü Qasımov Arif Cümşüd oğlu hadisə yerində ölüb. Sürücü və 1985-ci il təvəllüdlü Orucov Hüseyn Nurəddin oğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məlumata görə, avtomobildə olan şəxslər Ağcabədi rayonunun Hacıbədəlli kənd sakinləridir. Qəza nəticəsində ölən A.Qasımov kənd icra nümayəndəsinin müavini imiş.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Nizam RZA

Oxşar yazılar

Laçında yanğın törədənlər saxlanıldı - BİRGƏ MƏLUMAT - YENİLƏNİB
17 iyul 2025 , 11:13
Pezeşkianın maşınına benzin yerinə su vurdular, yolda qaldı
17 iyul 2025 , 10:58
Ata, ana və oğulları çayda boğuldular
17 iyul 2025 , 10:44
6 yaşlı uşaq doğum şöbəsində körpəni öldürdü
17 iyul 2025 , 10:15
İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü TAPILDI
17 iyul 2025 , 09:45
Bakıda "Mercedes" qadını vurub öldürdü
17 iyul 2025 , 09:24
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
17 iyul 2025 , 09:16