Gürcüstanda azərbaycanlı ailəsi silahlı basqına məruz qalıb –
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı daha bir kənddə cinayət hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə noyabrın 6-da gecə saat 02.00 radələrində Marneuli rayonundakı Bəylər kəndində Fərman Şərifovun evinə beş silahlı şəxs basqın edib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fərman Şərifovun 8 nəfərdən ibarət ailəsi yatmağa hazırlaşarkən qəflətən evə 5 nəfər daxil olub və ailə üzvlərinin üstünə silah çəkiblər. Ailə başçısının oğlu Elyar Şərifov gecə saatlarında evə qayıdarkən silahlılarla üz-üzə gəlib. Silahlılar pilləkəndən həyətə atılıb qaçmaq istəyən Elyar Şərifovu avtomatın qundağı ilə döyüblər. O, başından aldığı zərbə nəticəsində çoxlu qan itirib. Sonra Elyarı evə gətirən silahlılar bütün ailə üzvlərini bir otağa toplayıblar. Quldurların başının qarışdığını görən Fərman Şərifovun həyat yoldaşı Gülənaz Şərifova pəncərədən özünü küçəyə ataraq qonşuların evinə tərəf qaçıb. Oğrular onun arxasınca qaçsalar da, qadını qaranlıqda tapa bilməyiblər. Gülənaz Şərifova qonşuları köməyə çağırıb, bunu görən silahlılar aradan çıxıblar. 15 dəqiqədən sonra bütün kənd camaatı Fərman Şərifovun həyətinə toplaşıb. Silahlılar basqın zamanı Fərman Şərifovu, onun həyat yoldaşı Gülənazı, qızı Elnarəni, gəlini Lütfəni döyüb, qızıl-zinət əşyalarını zorla əllərindən alıblar. Onlar hətta azyaşlı Günel Şərifovanın qulağından sırğalarını çıxarıblar.
Zərərçəkən Gülənaz Şərifova APA-ya açıqlamasında silahlıların hündürboylu olduğunu, və rus və gürcü dillərində danışdıqlarını, hamısının əlində avtomat, üzlərində maska olduğunu bildirib: “Həyat yoldaşımın başına tapança dirəmişdilər. Deyirdilər ki, “bircə pulun olmadığını, yaxud bankdan kredit götürdüyünü demə”. Ərimin əllərini bağladıqdan sonra bir nəfər məni boğmağa başladı və dəyənəklə burnuma zərbə endirdi. Bir anlığa huşumu itirdim Onların başı ağzımızı bağlamaq üçün qaranlıqda yerə düşən yapışqanlı lenti axtarmağa qarışmışdı, mən fürsətdən istifadə edib pərdəsinin arxasına keçdim və quldur bayıra çıxan kimi özümü pəncərədən atıb qonşulara tərəf qaçdım. Mənim qaçmağım bizi ölümdən qurtardı. Bizi incitdikdən sonra gəlinimin və bizə qonşu kənddən qonaq gələn qızımın, hamımızın sırğalarını, üzüklərini, boyunbağılarını və qolbaqlarını aparıblar. Çoxlu qan itirən oğlumu xəstəxanaya qonşular və qohumlar çatdırdılar. Onun başına yeddi tikiş vurulub”.
Hadisə ilə bağlı gecə yarı Bəylər kəndinə gələn Marneuli rayon polis şöbəsinin əməkdaşları və digər strukturlar araşdırma aparıblar. Kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, hadisədən 15-20 dəqiqə sonra əraziyə gələn polislər kəndin yaxınlığından axan Xram çayının sahilində axtarış apararkən atəş səsləri eşidiblər. Atəş səsi gələn yerdə “GZG-177” dövlət nömrə nişanlı BMW avtomobili aşkarlanıb. Baş verən quldurluq hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır. Marneuli rayon polis rəisi Tariyel Maysuradze istintaqın getdiyini əsas gətirərək APA-ya açıqlama verməkdən imtina edib.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov APA-ya verdiyi açıqlamada bildirib ki, Kutaisidə keçiriləcək parlament iclasında son aylar Marneuli, Bolnisi və Dmanisi rayonlarında azərbaycanlılar yaşayan bölgələrdə baş verən cinayət hadisələri barədə məlumat verəcək və cinayətkarların tapılmasını tələb edəcək. Onun sözlərinə son iki ay müddətində qeyd olunan bölgələrdə 12 belə cinayət hadisəsi baş verib.
Bu hadisə Bəylər kəndində baş verən ikinci cinayət hadisəsidir. İki ay bundan əvvəl Fərman Şərifovun qonşusu Hidayət Əmiraslanovun evinə də basqın edilib.
Qeyd edək ki, basqına məruz qalan evin sahibi Fərman Şərifov oğlu Elyar Şərifovla birlikdə Şulaveri qəsəbəsində fotoatelyedə çalışır.

4847