Bakıda qızı döyüb, başını qırxanlardan yeni xəbər
Bir neçə gün əvvəl Bakı şəhərinin Binəqədi rayonu ərazisində 22 yaşlı qızı döyərək alçaldan şəxslər məhkəmə qarşısına çıxarılıb. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 22 yaşlı K.M.nın müraciətindən sonra tutulan Cahangir Dövlətov, onun xalası oğlu Xalid Əkbərov və tanışı Ayxan Zəngiyev şənbə günü Binəqədi rayon Məhkəməsinə gətirilib. Növbətçi hakim onlar barəsində istintaq müddəti üçün 2 aylıq həbs-qətimkan tədbiri seçib.
Qeyd edək ki, bir müddət əvvəl K.M-nın sevgilisi olan Cahangir Dövlətov Naxçıvandan Bakıda yaşayan qızın mobil telefonuna zəng edib. Qız isə onun telefon zənginə gec cavab verib. Bundan əsəbiləşən Cahangir Bakıya gələrək, qıza yenidən zəng edib və görüşə çağırıb. C. Dövlətov xalası oğlu Xalid Əkbərovla birlikdə tanışı Ayxan Zəngiyevin maşını ilə qızı görüş təyin etdiyi yerdən götürərək, Novxanıya dəniz kənarına gətirib. Burda K. M-nı döyərək, ona işgəncələr verib. Bununla da hirsi soyumayan “sevgili” qızın başını qırxıb. Bundan sonra onlar qızı dənizdə batırmaq istəyiblər. Lakin yaxınlıqdan xilasetmə kateri keçdiyindən fikirlərindən daşınıblar və ərazidən uzaqlaşıblar.
C.Dövlətov, X.Əkbərovu və A.Zəngiyev polis tərəfindən saxlanılarkən itaətsizlik göstəriblər və bıçaq çıxarıblar. Lakin onlar zərərsizləşdirilərək polis bölməsinə gətirilib.
Verilən digər məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin 133 (işgəncə vermə) və 134 (ölümlə hədələmə) maddələri ilə iş başlanılıb. İstintaqın gedişində cinayət işinə digər maddələrin də əlavə edilməsi istisna deyil.
Nizam RZA

Oxşar yazılar

Gəncədə 41 yaşlı qadın bıçaqlandı
22 iyul 2025 , 03:08
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16