Xanımların  DİQQƏTİNƏ   – Xalınızdakı ləkələri bu vasitələr təmizləyəcək
01 sentyabr 2021 22:10 (UTC +04:00)

Xanımların DİQQƏTİNƏ – Xalınızdakı ləkələri bu vasitələr təmizləyəcək

Evdəki xalıların üzərinə düşən ləkələri təmizləmək xanımlar üçün ən çətin işlərdən biridir. Bəzən ən gözəl xalça bir ləkəyə görə, istifadə edilmir. 

Lent.az xanımlar üçün xalçalara düşən ləkələri təmizləməyin sadə üsulunu təqdim edir: 

Əgər xalçanıza ot ləkəsi düşübsə, o zaman sirkə sizi bu problemdən azad edə bilər. Ləkə düşən hissəni adi sirkə ilə silməklə, xalınız ilk gündəki kimi yeni görünə bilər. 

Çaxır ləkəsini naşatır spirti ilə təmizləmək mümkündür.

Xalılar daha çox yemək zamanı ləkələnir. Bu zaman adi qazlı su sizə yardım edəcək. 

Təbaşirlə asanlıqla yağ ləkələrini yox edə bilərsiniz. 

Giləmeyvələrin ləkəsini qaynar su ilə aradan qaldırmaq olar. 

Bir çoxlarının sevimli içkisi olan kofenin sevimli xalınızdakı ləkəsini soda ilə təmizləyə bilərsiniz. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3177
avatar

Nigar Adil

Oxşar yazılar