Mikrodalğalı sobanı bu məqsədlər üçün  istifadə etmək olar
23 sentyabr 2024 13:23 (UTC +04:00)

Mikrodalğalı sobanı bu məqsədlər üçün istifadə etmək olar

Mikrodalğalı sobalar insanlar arasında tez bir zamanda populyarlıq qazanıb. 

Lent.az xəbər verir ki, bu populyar cihazı sadəcə yemək qızdırmaq üçün deyil, başqa məqsədlər üçün də istifadə etmək olar. 

Bayat çörək

Bu hiylə üçün yalnız kifli olmayan bayat çörəkdən istifadə etmək lazımdır. Məhsulu hissələrə bölün. Sonra təmiz mətbəx dəsmalını isladırıq, çörəyi örtürük və işləyən mikrodalğalı sobaya qoyuruq. Hazır olma müddəti 10 ilə 25 dəqiqə arasında dəyişə bilər. Hamısı çörəyin nə qədər bayat olmasından asılıdır.

Ətirli ədviyyatlar

Bəzən uzun müddət saxlandıqda ədviyyatlarımız öz ətrini itirir. Onları bir neçə dəqiqə mikrodalğalı sobaya qoysanız, yenidən öz ətirlərinə qayıdacaqlar.

Göyərtilərin qurudulması

Bir çox insan ehtiyat göyərti saxlamağı xoşlayır. Saxlama asanlığı üçün onu yalnız dondurmaq deyil, həm də qurutmaq lazımdır. Bu işi isə mikrodalğalı soba mükəmməl yerinə yetirəcək. Bir neçə dəqiqəyə göyərtiləriniz qurudulacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2346
avatar

Sevinc Fərid

Oxşar yazılar