Amerikanın Mastic Beach kəndində evdən qaçan pişik bir həftə sonra geri qayıdaraq qapının zənginə basıb.
Lent.az xəbər verir ki, bu barədə “The Daily Voice” məlumat yayıb.
Lilli adlı səkkiz yaşlı pişiyin sahibi Stefani Uitli bildirib ki, ailəsi ilə birlikdə bu kəndə yeni köçüb. Ona görə də pişik yeni ərazini yaxşı tanımır.
Ailə demək olar ki, bir həftə Lilini axtarıb, amma onu tapa bilməyiblər. Onlar bundan bir il əvvəl daha iki pişiyini itirdiyinə görə artıq ümidlərini itirib.
Amma bir axşam evin qapısının zəngi çalınıb. Stefani qapını açan zaman Lilinin gəldiyini görüb. Sonra kamera görüntülərinə baxan zaman zəngi pişiyin basdığının şahidi olub.
Stefani Lillinin geri qayıtmasından inanılmaz dərəcədə xoşbəxt olduğunu deyib. O, pişiyin qapı zəngini necə istifadə edəcəyini bildiyinə əmin olduğunu da bildirib.
Həmin görüntüləri təqdim edirik: