Əlüzyuyanı ərpdən təmizləməyin  effektiv yolu
12 noyabr 2024 10:29 (UTC +04:00)

Əlüzyuyanı ərpdən təmizləməyin effektiv yolu

Heç bir kimyəvi vasitə olmadan əlüzyuyandakı ərpləri təmizləməyin effektiv yolu var. 

Lent.az xəbər verir ki sirkə və duzdan istifadə edərək əlüzyuyanın içindəki ərpdən qurtula bilərsiniz.  

Mütəxəssislər 100 mililitr süfrə sirkəsini 50 qram duz ilə bir şüşə qabda qarışdırmağı, mikrodalğalı sobada təxminən 70 dərəcə istilikdə qızdırmağı və sonra yaranan məhlulla bir bez parçanı salıb əlüzyuyanı təmizləməyi tövsiyə edirlər.  20-30 dəqiqə gözlədikdən sonra isti su ilə yuyulmalı və əlüzyuyan yaxşıca silinməlidir. 

Əlüzyuyanın səthində olan yağlı ləkələri çıxarmaq üçün isə mütəxəssislər soda və nişasta qarışığından istifadə etməyi məsləhət görürlər. Onu hazırlamaq üçün hər bir inqrediyentdən iki xörək qaşığı götürməli, konsistensiyanı pastaya bənzətmək üçün bir az su əlavə etməli, kompozisiyanı süngərə sürtməli və əlüzyuyanı yaxşıca təmizləməlisən. Təmizləmənin sonunda, birinci vəziyyətdə olduğu kimi, qalan məhsulu nəm bir parça ilə çıxarmaq və səthi quru silmək lazımdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968
avatar

Sevinc Fərid

Oxşar yazılar